EN

Aİ, İranı hərbi hücumları dayandırmağa və diplomatik yolla həll axtarmağa çağırıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) İranı dərhal bölgə ölkələrinə hücumları dayandırmağa və Hörmüz Boğazında gəmiçilik azadlığını bərpa etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antonio Kosta bildirib.

Kostanın sözlərinə görə, yalnız diplomatik həll Yaxın Şərqdəki münaqişənin köklü səbəblərini aradan qaldıra bilər. Hər hansı bir mülki infrastruktur, o cümlədən enerji obyektlərinə hücum qanunsuz və qəbuledilməzdir.

O, həmçinin vurğulayıb ki, İran rejiminin hərəkətlərindən ən çox zərər çəkən İran vətəndaşlarıdır və hərbi kampaniyanın genişləndirilməsi sülhə gətirməyəcək. Münaqişənin gərginliyi yalnız danışıqlar və regional tərəfdaşların səyləri ilə dayandırıla bilər.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
icma.az

1Sources