İtaliya A seriyasında 31-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, son gündə 4 matç keçirilib..
“Udineze” “Komo” ilə heç-heçə edib. "Atalanta" “Leççe”yə, “Yuventus” “Cenoa”ya qalib gəlib.
Turun mərkəzi görüşü "Dieqo Armando Maradona" stadionunda oynanılıb. Burada “Napoli” “Milanı” sınağa çəkib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 72 xalla “İnter” liderlik edir. Son çempion “Napoli” 65 xalla 2-ci, “Milan” isə 63 xalla 3-cüdür.
"Udineze" - "Komo" - 0:0
"Leççe" - "Atalata" - 0:3
Qollar: Skalvini, 29, Kristoviç, 59, Raspadori, 73
"Yuventus" - "Cenoa" - 2:0
Qollar: Bremer, 4, Makkenni, 17
"Napoli" - "Milan" - 1:0
Qol: Politano, 79