EN

Kristofer Lakson Trampın İranın infrastrukturuna zərbə endirmək hədələrini faydasız adlandırıb

Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson ABŞ Prezidenti Donald Trampın İranın mülki infrastrukturuna zərbələr endirmək hədələrinin "faydasız" olduğunu bəyan edib.

"Far.Az" xəbər verir ki, onun sözlərini milli radio stansiyası "Radio New Zealand" yayıb.

"Faydasızdır, çünki sonrakı hərbi əməliyyatlara ehtiyac yoxdur", - K.Lakson qeyd edib.

Onun sözlərinə görə, münaqişənin daha da kəskinləşməsinin qarşısının alınması prioritet olaraq qalmalıdır: "Ötən həftəsonu biz ABŞ prezidentinin hədələri barədə xəbər tutduq. Bu addımlardan hər hansı biri, o cümlədən körpülərin, su anbarlarının və mülki infrastrukturun bombalanması da qəbuledilməz olardı".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Chosen
15
1
far.az

2Sources