EN

Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə

Bu gün Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq “Hamarat” hava xəttində təmir işləri aparılacaq.

 News365.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lerikin Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.

Chosen
4
30
news365.az

10Sources