
İsrail ordusu iranlılara qatarlardan istifadə etməmək barədə xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun farsdilli “X” hesabında paylaşım edilib.
Məlumata görə, İsrail ordusu yerli vaxtla saat 21:00-dək iranlılara təhlükəsizlik məqsədilə qatarlardan istifadə etməməyi tövsiyə edib.