EN

Özünün 100, övladının 76 yaşı var... FOTOLAR

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Masallının ucqar kəndlərindən birində yaşayan 100 yaşlı Salayeva Xanımnənənin həyat yolu həm çətin, həm də örnəkdir.

Globalinfo.az bildirir ki, Teleqrafın Cənub bürosunun məlumatına görə, gənclik illərində ailə qurmaq arzusu İkinci Dünya müharibəsi səbəbi ilə yarımçıq qalsa da, müharibədən sonra həyat yoldaşı ilə ailə həyatı quraraq bütün çətinlikləri birlikdə qarşılayıblar.

Onlar çiyin-çiyinə 8 övlad böyüdüb, həyatın ağır sınaqlarından birlikdə keçiblər. Həyat yoldaşının vəfatından sonra isə Xanımnənə övladlarını təkbaşına böyüdərək onların təhsil almasına nail olub.

Artıq 100 yaşını tamamlamış Xanımnənənin ilk övladı 76 yaşındadır. O, nəvə və nəticələrinin sayını dəqiq xatırlamasa da, onların uğurları ilə qürur duyduğunu bildirir.

Uzunömürlülüyünün sirrindən danışan Xanımnənə xüsusi pəhriz saxlamadığını, sadəcə az yeməyə üstünlük verdiyini deyir. Onun sözlərinə görə, xoşbəxt və uzun ömrün əsasını isə ailə daxilində qarşılıqlı hörmət və mehribanlıq təşkil edir.

Xanımnənə gənclərə tövsiyə edir ki, bir-birini anlasınlar, hörmət etsinlər və ailə dəyərlərini qorusunlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
globalinfo.az

3Sources