EN

Şagirdin bıçaqladığı müəllim öldü

Rusiyanın Perm diyarının Dobryanka şəhərində müəllimə hücum edildiyi barədə məlumat vermişdik.

Ağır xəsarət alan müəllim xəstəxanaya yerləşdirilmişdi.

Publika.az xəbər verir ki, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Bu barədə Perm vilayətinin qubernatoru Dmitri Maxonin məlumat verib.

İlkin məlumata görə, şagird imtahana buraxılmadıqdan sonra müəllimə bıçaqla hücum edib. O, qadına hücum edərək boynuna, kürəyinə və qarnına bir neçə bıçaq zərbəsi endirib.

Chosen
19
publika.az

1Sources