EN

İran İsrailin mərkəzinə ballistik raketlər buraxıb

Bakı. Trend:

İran İsrailin mərkəzi bölgəsinə ballistik raketlərlə hücumedib.

Trend bu barədə“Times of Israel”ə istinadən xəbər verir.

Məlumata görə, kaset başlıqlı bəzi raketlər hava hücumlarındanmüdafiə sisteminin hədəfindən yayınaraq Roş Haayin, Ramat Haşaronqəsəbələrində və başqa ərazilərdə müəyyən dağıntılara səbəbolub.

Eyni zamanda Eliyat şəhərində həyəcan təbilləri çalınıb. İsrailMüdafiə Qüvvələri (IDF) Eliyata düşən kasetli raketin açıq sadəcəparlatdığını bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
33
17
az.trend.az

10Sources