EN

Azərbaycanda güclü zəlzələ olacaq? – AÇIQLAMA

Leysan yağışlar və son günlər baş verən yanğıntı, daşqınlar zəlzələyə səbəb ola bilməz.

NOCOMMENT.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, bunlar yer səthində baş verən proseslərdir və yerin daxilində gedən proseslərə heç cür təsir göstərmir.

“Bu gün Xəzərdə iki dəfə zəlzələ olub. Ümumiyyətlə Xəzərdə baş verən zəlzələlər adətən 65-75 kilometr dərinlikdə yaranır və bu hadisələrin bir-biri ilə əlaqəsi yoxdur”.

Q.Yetirmişli qeyd edib ki, hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir.

“Ölkədə hər gün zəif, hiss olunmayan təkanlar qeydə alınır. Yer daxilində hərəkət daim var və təkanların olması da normaldır. Ölkəmizdə güclü zəlzələ gözlənilmir.”, – deyə o qeyd edib.

Chosen
6
5
nocomment.az

6Sources