Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının əksəriyyətinin torpaq sahələri çox kiçikdir. Əksər hallarda 1-2 hektar, 70 faizdən çoxunda 3 hektara qədər, 17 faizində isə 3-4,9 hektar aralığındadır. Halbuki fermer təsərrüfatlarının bazar tələblərinə uyğun, dayanıqlı və rəqabətqabiliyyətli fəaliyyət göstərə bilməsi üçün ən azı 6 hektardan çox torpaq sahəsinə malik olması vacibdir.
Bu sözləri Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli qeyd edib.
Deputat vurğulayıb ki, heyvandarlıqda da oxşar vəziyyət müşahidə olunur. Təsərrüfatların 80 faizindən çoxunun 10 başa qədər heyvanı var ki, bu da onların səmərəli və davamlı istehsal imkanlarını məhdudlaşdırır.
"Bu baxımdan kiçik torpaq sahibliyi və xırda təsərrüfatlar probleminin kəndlilərin mənafeyi nəzərə alınmaqla optimal şəkildə həlli vacibdir. Kiçik, orta və iri təsərrüfatların səmərəli fəaliyyətinin optimal kombinasiyası yaradılmalı və tətbiq edilməlidir.
Sağlam və ədalətli kooperasiya münasibətlərinin inkişafı vasitəsilə “tarladan süfrəyədək” zəncirindəki itkilərin əhəmiyyətli dərəcədə azaldılması mümkündür".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.