EN

Rusiyada şagirdin bıçaqladığı müəllim ölüb

Moskva, 7 aprel, AZƏRTAC

Rusiyanın Perm bölgəsində bir şagird məktəbin girişində müəllimə bıçaqla hücum edib. Pedaqoq aldığı xəsarətlərdən həyatını itirib.

AZƏRTAC xəbər verir ki, hadisə bu səhər Dobryanka şəhərində baş verib. İnsident zamanı 17 yaşlı şagird müəllimə bir neçə bıçaq zərbəsi endirib. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hücum edən şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. İlkin məlumata görə, yeniyetmə əvvəllər polis qeydiyyatında olub və sinif yoldaşları onun aqressiv və intizamsız davranışdan şikayət ediblər.

Yerli medianın məlumatına görə, ölən şəxs təxminən 30 illik pedaqoji təcrübəsi olan təhsil işçisi və 2018-ci ildə “İlin müəllimi” müsabiqəsinin qalibi olan rus dili və ədəbiyyatı müəllimi Olesya Baqutadır. İlkin versiyaya görə, cinayətin səbəbi imtahanlara buraxılmayan şagirdin qisas alması ola bilər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Chosen
33
2
azertag.az

4Sources