EN

Bakıda mənzillərin satış və kirayə qiymətləri artıb CƏDVƏL

ain.az, Apa.az saytına istinadən bildirir.

Bu ilin yanvar-mart aylarında Bakıda mənzil bazarında mərhələli və sabit artım trendi formalaşıb.

Bu barədə “APA-Economics”ə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.

Məlumata görə, birinci rübdə yeni tikililərdə qiymətlər orta hesabla 3,6%, köhnə tikililərdə təxminən 2,4%, inşası davam edən layihələrdə isə (kotlovan) 4% civarında artıb.

Bu dinamika göstərir ki, bazarın əsas hərəkətverici seqmenti yenə də yeni tikililər və ilkin satış mərhələsində olan layihələrdir. İnvestor marağı, tikinti xərclərinin artması və yeni layihələrin məhdudluğu bu seqmentlərdə qiymət artımını daha sürətli edir.

Rayonlar üzrə isə, Səbail, Yasamal və Nəsimi rayonları ən yüksək artım tempinə malik mərkəzi bazar zonaları olub. Nərimanov və Xətai, Nizami, Binəqədi sabit və yüksək likvidliyə malik orta seqment bazarı hesab olunur. Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonları inkişaf edən, lakin qiymət artım tempinin daha aşağı olduğu periferik bazarlar kimi qeydə alınıb.

Mövcud dinamika göstərir ki, 2026-cı ilin ilk rübündə Bakı daşınmaz əmlak bazarı kəskin sıçrayış deyil, sabit və idarə olunan artım mərhələsindədir.

Bu tendensiya davam edərsə, ilin sonunda bazarda yeni tikililərdə 11–16%, köhnə tikililərdə 6–8%, “kotlovan” layihələrində isə 13–18% civarında qiymət artımı formalaşa bilər.

Bu isə onu göstərir ki, Bakı daşınmaz əmlak bazarı həm investisiya, həm də yaşayış məqsədli alıcılar üçün regionun ən stabil və perspektivli bazarlarından biri olaraq qalır.

Ötən ay Bakının inzibati rayonları üzrə kirayə mənzil bazarında da qiymətlərdə ümumi artım tendensiyası müşahidə olunub.

Fevral ayı ilə müqayisədə həm yeni tikili, həm də köhnə tikili mənzillərdə qiymət artımı qeydə alınıb.

Yeni tikili mənzillər üzrə artım 0,5%-1,1% intervalında dəyişir. Ən yüksək artım Səbail rayonunda (1,1%) olub,

Yasamal, Nizami və Nəsimi rayonlarında isə təxminən 1,0% təşkil edib.Köhnə tikili mənzillərdə artım 0,4%-0,9% aralığında dəyişib. Ən yüksək artım Səbail rayonunda (0,9%),

ən aşağı isə Pirallahı rayonunda (0,4%) qeydə alınıb.Ümumilikdə, yeni tikililərdə artım tempi daha yüksəkdir və mərkəzi rayonlarda qiymət artımı daha sürətlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
9
apa.az

10Sources