EN

Fransada vəkillərin etirazı başlayıb

Paris, 7 aprel, AZƏRTAC

Fransada vəkillər yeni qanun layihəsinə etiraz edirlər.

AZƏRTAC xəbər verir ki, vəkilləri ən çox narahat edən cinayətlər üzrə etiraf müqabilində yüngülləşdirilmiş cəza mexanizmidir. Bu təşəbbüs məhkəmələrin yükünü azaltmaq məqsədi daşıyır. Vəkillər isə proses çərçivəsində saxta etirafların verilməsi təhlükəsindən ehtiyat edirlər.

Vəkillər etiraz etdiklərini bildirmək üçün məhkəmə prosesləri zamanı üzərində müvafiq şüar yazılmış paltar geyinirlər.

Bununla yanaşı, Paris Vəkillər Kollegiyası və Barolar Konfransı aprelin 13-də milli aksiyaya çağırış edib. 163 barodan 130-u artıq çağırışı dəstəkləyib.

Qeyd edək ki, sözügedən qanun layihəsinin aprelin 13-də Senatda müzakirə edilməsi planlaşdırılıb.

Chosen
8
azertag.az

1Sources