Yazını böyüt
Yazını kiçilt
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotosu Finlandiyada keçirilən “18th Finland International Digital Circuit 2026” beynəlxalq müsabiqəsində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) qızıl medalına layiq görülüb.
Hafta.az xəbər verir ki, müsabiqənin əsas mükafatı olan FIAP-ın qızıl medalını monoxrom fotoqrafiya nominasiyasında fotomüxbirin "Zebras" adlı əsəri qazanıb.
Qeyd edək ki, üç nominasiya üzrə keçirilən fotomüsabiqədə dünyanın 57 ölkəsindən 509 müəllif iştirak edib.
