Tovuz, 7 aprel, AZƏRTAC
Tovuz rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyət hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonunun Dondar Quşçu kəndinin ərazisində qeydə alınb.
İlkin məlumata görə, “VAZ 2107” markalı avtomobil “KİA”ya çırpılib. Nəticədə “VAZ 2107”-nin sürücüsü, rayonunun Asağı Quşçu kənd sakini, 44 yaşlı Mobil İsgəndərov xəsarət alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.
Faktla baglı arasdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu