EN

Azərbaycan meşə fındığı ixracından 57 mln. dollardan çox qazanıb

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin yanvar-fevral aylarında Azərbaycan 57.4 mln. ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, illik müqayisədə 29.5 milyon dollar və ya 2.1 dəfə çoxdur. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2025-ci ilin yanvar-fevral aylarında meşə fındığı ixracının ümumi dəyəri 27.9 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2026-ci ilin ilk 2 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (60.7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (57.4 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (44.6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
banco.az

2Sources