EN

Volski: Əliyev Aİ-nin görməzdən gəldiyi faktı dilə gətirdi

BAKI, 7 aprel. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Orta Dəhlizdəki rolunu vurğulayıb, oxşar mövqe onun tərəfindən Münxen Təhlükəsizlik Konfransı və Davosda İqtisadi Forumunda da səsləndirilib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski deyib.

Onun sözlərinə görə, Gürcüstanın Asiyanı Avropa ilə birləşdirən bu layihədə əsas ölkələrdən biri olması faktdır.

“Təəssüf ki, Avropa İttifaqı bu məsələlərlə bağlı görüş keçirərkən, bütün Mərkəzi Asiya ölkələrinin dəvət olunduğu bu görüşlərdə bu, nəzərə alınmayıb və Gürcüstana demoqrafik azalma olduğu və bu məsələdə iştirak edə bilməyəcəyi deyilib. Amma Avropa İttifaqına baxmayaraq, Prezident Əliyevin dilə gətirdiyi bu fakt dəyişmir, bu, daimidir. Əsrlər boyu Gürcüstana qarşı müharibələr məhz onun əhəmiyyətinə görə aparılıb. Xüsusilə vurğulamaq vacib idi ki, üç ölkə (Azərbaycan, Gürcüstan və Ermənistan) iqtisadi münasibətlərin bir-biri ilə əlaqəli olmasını təmin etmək üçün daha çox iş görüb və görəcək. Bu, sülhün qarantıdır və buna alternativ yoxdur”, - Volski bildirib.

Chosen
8
teleqraf.com

1Sources