EN

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Daha bir Azərbaycan vətəndaşı Rusuya ilə Ukrayna arasında gedən müharibədə həlak olub.
BUTA.TVAPA-ya istinadla xəbər verir ki, Ucar rayonu Qarabörk kənd sakini, 1999-cu il təvəllüdlü Soltan Kamran oğlu Qədirov 1 il öncə müharibə bölgəsində itkin düşüb. Mərhumun nəşi tapılaraq Vətənə gətirilib və ailəsinə təhvil verilib. Soltan Qədirovun nəşi Qarabörk kənd qəbiristanlığında torpağa tapşırılıb. S.Qədirovun Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyi bildirilir.
Chosen
4
8
buta.tv

9Sources