EN

Azərbaycan XİN BƏƏ səfirliyinə hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının Dəməşq şəhərində Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinə bir qrup etirazçı tərəfindən edilən son hücumu qətiyyətlə pisləyib.

Day.Az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, diplomatik nümayəndəliklərə qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir:

"Diplomatik heyətin və binaların təhlükəsizliyini təmin edən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Suriya hakimiyyət orqanlarının yaydığı bəyanatı və günahkarların qanun qarşısında cavab verməsini təmin etmək üçün bütün zəruri tədbirləri görmək öhdəliyini alqışlayırıq".

Xəbər yenilənəcək

Chosen
8
3
day.az

4Sources