EN

“Kəpəz”in gürcüstanlı müdafiəçisi: “Küçədə məni tanıyır və tərifləyirlər” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Məncə, adaptasiyanı tam keçmişəm”.

Bunu “Kəpəz”in gürcüstanlı müdafiəçisi Mate Abuladze futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Bundan öncəki dörd turda komandanız yaxşı nəticələrə imza atmışdı. Bu mənada millinin oyunları ilə əlaqədar yaranmış fasilənin “Kəpəz”ə mənfi təsir etdiyini deyə bilərik?

– Həyatda olduğu kimi, futbolda da yaxşı və pis günlər olur. Hesab edirəm ki, bu, bizim günümüz deyildi. Milli fasiləyə gəldikdə isə həmin müddəti səmərəli keçirdik. Bunu növbəti matçlarda görəcəksiniz.

– Növbəti turda “Karvan-Yevlax”la üz-üzə gələcəksiniz. Sonuncu pillənin sakini ilə oyunda qələbə qazana biləcəksiniz?

– 3 xal qazanmaq üçün hər şey edəcəyik. Amma rəqibə hörmətlə yanaşmağımız vacibdir. “Karvan-Yevlax”ın sonuncu yerdə olması bizim üçün heç nəyi dəyişdirmir.

– “Kəpəz”ə qışda transfer edildiniz. Gəncə klubuna və ümumilikdə Azərbaycan liqasına tam adaptasiya ola bilmisiniz?

– Məncə, adaptasiyanı tam keçmişəm. Düzü, uyğunlaşmaq mənim üçün çətin olmadı, çünki komandada dostyana bir mühit var. Azər Bağırov və onun məşqçi heyəti kollektiv daxilində yaxşı atmosfer yaradıb. Bundan əlavə, şəhərdə də məni yaxşı qarşıladılar. Sevinirəm ki, küçədə məni tanıyır və tərifləyirlər.

– Azərbaycan və Gürcüstan liqaları arasında hansı fərqlər var?

– Fərq keyfiyyətdədir. Gürcüstan çempionatı çox çətin və gərgindir. Amma Azərbaycan liqasında daha yüksək səviyyəli və keyfiyyətli futbolçular var, həmçinin oyun tempi sürətlidir.

– “Kəpəz”lə imzaladığınız müqaviləyə əsasən, növbəti mövsümdə də Gəncə klubunda olacaqsınız. Gələn sezon daha iddialı “sarı-göylər” görə biləcəyik?

– Ümid edirəm ki, cari mövsümü çox gərginlik yaşamadan, sakit şəkildə tamamlayacağıq və gələn sezon yüksək məqsədlər üçün mübarizə aparacağıq. Bunu deməyimə səbəb odur ki, Gəncədə komandanın yuxarı yerlər uğrunda mübarizə aparması üçün hər cür şərait var. Rəhbərlik və məşqçi heyəti bunun üçün hər şeyi edir. Yenilənmiş stadionumuzda oynamağı səbirsizliklə gözləyirik. Tam fərqli atmosfer olacaq və bu, bizi daha da ruhlandıracaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
icma.az

1Sources