EN

Buzovnada yağış suları ərazidən kənarlaşdırılır

Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində yağıntılar nəticəsində yığılan yağış suları ərazidən kənarlaşdırılır.

KONKRET.az xəbər verir ki, əraziyə cəlb olunan rayon sukanal idarəsinin əməkdaşları tərəfindən xüsusi texnika və nasoslar vasitəsilə suyun çəkilməsi istiqamətində işlər görülür.

Hazırda ərazidə vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər davam etdirilir.

Chosen
20
1
konkret.az

2Sources