EN

İsrailin İstanbul Konsulluğuna hücumun ANBAAN GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İstanbulun Beşiktaş rayonunda İsrailin Baş Konsulluğunun qarşısında qanlı atışma baş verib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, baş verən silahlı insident nəticəsində 3 hücumçu zərərsizləşdirilib, 2 polis əməkdaşı isə yaralanıb.

İstanbul Polis İdarəsindən verilən son məlumata görə, konsulluğa hücum edənlərdən 2-si hadisə yerində öldürülüb, 1-i isə yaralı halda ələ keçirilib. Yaralanan polislər dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı rəsmi açıqlama verərək, hücumun bütün detallarının araşdırıldığını bildirib:

"Faktla bağlı 1 baş prokuror müavini və 2 respublika prokuroru təyin edilib. Prokurorlar hadisə yerində araşdırmalara və lazımi istintaq tədbirlərinə başlayıblar".

Musavat.com Türkiyə mediadına istinadən hadisənin anbaan görüntülərini təqdim edir:

Musavat.com

Chosen
38
1
musavat.com

2Sources