EN

Trampın verdiyi vaxt başa çatır

Yazını böyüt
Yazını kiçilt

ABŞ lideri Donald Trampın İrana verdiyi 48 saatlıq müddət başa çatmaq üzrədir. 

Hafta.az İran mətbuatına istinadən xəbər verir ki, artıq ABŞ və İsrail qırıcıları İranın infrastrukturunu hədəf almağa başlayıb. 

Artıq ölkənin bir sıra iri şəhərləri ağır bombalarla vurulur. Bundan əlavə, Kərəc dəmir yolu relsləri hava hücumuna məruz qalıb. 

Əlborz Elektrik Paylama Şirkətinin məlumatına görə, elektrik ötürücü xətlərinə dəyən mərmi səbəbindən Tohid elektrik yarımstansiyası sıradan çıxıb. Nəticədə Kərəc şəhərinin şərq hissəsi və Fərdis şəhəri işıqsız qalıb. 

Şərqi Azərbaycan Valiliyinin Böhran Vəziyyətlərinin İdarə Edilməsi Baş İdarəsinin açıqlamasına görə, Təbriz-Zəncan avtomobil yolu və yolun üzərindəki körpü bombalandığı üçün bağlanıb. Məlumata görə, Qaraçəməndən Mianyeh şəhərinə gedən köhnə yol da düşən mərmilər səbəbindən hər iki istiqamətdə bağlanıb.

İsfahan qubernatorunun təhlükəsizlik xidmətinin müavini bildirib ki, Kaşan şəhərindəki Yəhya Abad dəmir yolu körpüsü də hücuma məruz qalıb. Hücumda 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. 

"Mehr" agentliyi yazıb ki, ABŞ və İsrail Xarq adasına bir neçə hücum həyata keçirib və adada partlayışlar baş verib./unikal/

Chosen
42
hafta.az

1Sources