EN

Paşinyanın yeni hobbisi müzakirələrə səbəb oldu VİDEO

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında maraqlı video paylaşıb. Hökumət rəhbəri bu dəfə zərb alətlərində ifa etməsi ilə diqqət çəkib. O, görüntülərə onlayn baraban dərsi aldığını qeyd edən qısa şərh də əlavə edib.Paşinyan son vaxtlar feysbuk və digər platformalarda qeyri-rəsmi paylaşımları ilə tez-tez gündəmə gəlir. Baş nazir xüsusilə regionlara səfərləri zamanı sadə qidalar yeməsini və gündəlik həyatından müxtəlif detalları mütəmadi olaraq ictimailəşdirir. Bu addımlar sosial şəbəkələrdə fərqli reaksiyalarla qarşılanır.Bu növ videolar sadə xalq adamı obrazını gücləndirməyə xidmət edir. Bir çox müşahidəçilər bu aktivliyi yaxınlaşan seçki prosesinə hazırlıq və təbliğat kampaniyasının tərkib hissəsi kimi qiymətləndirirlər.

View this post on Instagram

A post shared by Demokrat.Az (@demokrat.az)

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
demokrat.az

1Sources