Qlobal enerji böhranları və yeni kəşflərlə dünyanın neft xəritəsi 2026-cı ildə yenidən formalaşıb.
Ölkə.Az xəbər verir ki, hərbi güc təhlilləri ilə tanınan “Global Firepower” ölkələr üzrə təsdiqlənmiş neft ehtiyatlarının siyahısını tərtib edib.
Təsdiqlənmiş neft ehtiyatları geoloji və mühəndislik prosesləri vasitəsilə yeraltı neft ehtiyatlarının təxmini dəyərini müəyyən etməklə hesablanır. Təsdiqlənmiş neft ehtiyatları hər bir ölkənin tanınmış yataqlarına əsaslanaraq, kommersiya baxımından əlçatan (və nəzəri olaraq çıxarıla bilən) neft ehtiyatlarını göstərir.
Dəyərlər barel/gün (gündəlik barel) ilə təqdim olunur.
Həmin siyahını təqdim edirik:
1- Venesuela - 303 milyard 806 milyon barrel
2- Səudiyyə Ərəbistanı - 258 milyard 600 milyon barrel
3- İran - 208 milyard 600 milyon barrel
4- Kanada - 170 milyard 300 milyon barrel
5- İraq - 145 milyard 19 milyon barrel
6- Küveyt - 101 milyard 500 milyon barrel
7- Ərəb Əmirlikləri - 97 milyard 800 milyon barrel
8- Rusiya - 80 milyard barrel
9- Liviya - 48 milyard 363 milyon barrel
10- ABŞ - 38 milyard 212 milyon barrel
11- Nigerıya - 36 milyard 890 milyon barrel
12- Qazaxıstan - 30 milyard barrel
13- Çin - 26 milyard 23 milyon barrel
14- Braziliya - 12 milyard 715 milyon barrel
15- Əlcəzair - 12 milyard 200 milyon barrel
Azərbaycan 95 ölkənin yer aldığı siyahıda 19-cu yerdə qərarlaşıb.
Billurə