EN

AFFA-ya bahaya başa gələn "dönüş bileti" - 15 illik səhv yolun nəticəsi

AFFA-nın Hesabat Konfransında çıxış edən qurumun baş katibi Cahangir Fərəcullayev deyib ki, futbolumuzun ən yaralı yeri infrakstrukturdur. Futbolla məşğul olmaq üçün lazımı qədər meydançaların olmaması öz mənfi təsirini göstərir. 

Sportal.az xəbər verir ki, "Futbolumuz" verilişində də bu barədə müzakirələr aparılıb. Verilişin eksperti Emin Abbasov bununla bağlı maraqlı yanaşma ortaya qoyub:

"Belə bir deyim var ki, səhv qatara minmisənsə, ən yaxın stansiyada düş. Çünki nə qədər uzağa getsən, dönüş bileti də bir o qədər bahaya oturacaq. Azərbaycan futbolunu 15 il səhv istiqamətdə aparıblar. AFFA rəhbərliyi bunu anlayıb həmin qatardan düşüb. Amma dönüş biletini almağa ya pulları çatmır, ya da pul var, lakin belə böyük məsuliyyətin altına girməyə tərəddüd edirlər".

Müzakirənin bütov hissəsini aşağıdakı videoda təqdim edirik

 

 

 

 

View this post on Instagram

 

 

 

 

 

 

 

 

 

 

 

A post shared by Emin Abbasov (@emin.abbasov8)

saytlarin hazirlanmasi

Chosen
36
1
sportal.az

2Sources