EN

İsrail İranda 8 körpünü vurdu Netanyahu təsdiqlədi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrandakı mühüm nəqliyyat infrastrukturuna qarşı həyata keçirdiyi hava hücumlarını təsdiqləyib.

“Qafqazinfo” “Ynet” nəşrinə istinadən xəbər verir ki, Netanyahu hücumların yüksək dəqiqliklə icra olunduğunu və miqyasının getdikcə artacağını bildirib.

Baş nazir hədəf alınan infrastrukturun birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini vurğulayıb:

“Onlar bu körpü və dəmir yollarından silah-sursat istehsalı üçün lazım olan xammalın daşınmasında, həmçinin bizə, ABŞ-yə və region ölkələrinə hücum edən qruplaşmaların logistik təminatında istifadə edirlər”.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) isə son əməliyyatlar barədə məlumat yayaraq, İran ərazisində strateji əhəmiyyətli 8 körpünün vurulduğunu elan edib. Hərbi rəsmilərin bildirdiyinə görə, bu zərbələr SEPAH-ın regiondakı hərbi hərəkətliliyini məhdudlaşdırmaq və təchizat zəncirini qırmaq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
3
qafqazinfo.az

4Sources