ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ-ın Kolorado ştatında 11 yaşlı uşaq özündən yaşca kiçik olan 5 yaşlı qardaşını qətlə yetirib.
“Qafqazinfo” “New York Post” qəzetinə istinadən xəbər verir ki, azyaşlının meyiti ailənin yaşadığı evdə tapılıb.
Hadisədən dərhal sonra 11 yaşlı oğlan birinci dərəcəli qətldə ittiham olunub.
Uşaqların xalası Dauna Maylsın sözlərinə görə, hadisə məktəbdən sonra baş verib:
“Kiçik qardaş evə gəldikdən sonra mürgüləmək üçün uzanıb, böyük qardaşa isə ev işləri tapşırılıb. Hər şey isə o zaman baş verdi – kiçik qardaşı yatarkən”.
Qeyd edək ki, hər iki şəxs yetkinlik yaşına çatmadığı üçün qətlin təfərrüatları rəsmi olaraq açıqlanmır. Ailə üzvləri də mətbuata geniş şərh verməkdən imtina ediblər. Dəhşətli hadisədən sonra sarsıntı keçirən ailə evlərini tərk edib və hazırda müvəqqəti olaraq hoteldə məskunlaşıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.