EN

İran ABŞ ilə əlaqələri TAM KƏSDİ – Bu gecə DƏHŞƏT yaşana bilər

İran, ABŞ Prezidenti Donald Trampın ölkəni “məhv etmək” təhdidlərindən sonra Vaşinqtonla birbaşa əlaqələri kəsib.

“The Wall Street Journal” (WSJ) nəşrinin Yaxın Şərq rəsmilərinə istinadən yaydığı məlumata görə, birbaşa təmaslar dayandırılsa da, vasitəçilər vasitəsilə danışıqlar hələ də davam edir.

KONRKET.az xəbər verir ki, mənbələrdən biri Tehranın bu addımı qəsdən atdığını bildirib. Qeyd olunur ki, İran tərəfi bu yolla Vaşinqtonun sərt mövqeyinə qarşı öz narazılığını və etirazını nümayiş etdirmək niyyətindədir. Trampın ultimatumu və hədələri fonunda yaranan bu diplomatik boşluq, regionda onsuz da gərgin olan vəziyyəti daha da qeyri-müəyyən mərhələyə daşıyır. Ekspertlər hesab edir ki, birbaşa dialoqun kəsilməsi tərəflər arasında yanlış anlaşılma və hərbi eskalasiya riskini artıra bilər.

Natiq Səlim,
KONKRET.az

Chosen
69
35
konkret.az

10Sources