EN

“Barselona”nın futbolçusu agentlərinə gələn təklifləri nəzərdən keçirməyi tapşırıb

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Mark Kasado yay transfer pəncərəsində komandadan ayrılma ehtimalını nəzərdən keçirir.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, 22 yaşlı futbolçu agentlərinə gələn təklifləri qiymətləndirməyə başlamağı tapşırıb. Bildirilir ki, Kasado oyun praktikinin az olması səbəbindən klubunu dəyişmək variantını ciddi şəkildə düşünür.

2025/2026 mövsümündə Mark Kasado “Barselona”nın rəsmi 29 oyununda iştirak edib və bu matçlarda 1 məhsuldar ötürmə həyata keçirib.

Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində liderdir. İkinci yerdə qərarlaşan Real Madrid kataloniyalılardan 7 xal geri qalır.

Chosen
25
90deqiqe.az

1Sources