EN

BMT Trampın İran sivilizasiyasını məhv etmək hədələrini pisləyib

BMT Trampın İran sivilizasiyasını məhv etmək hədələrini pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş siyasi və hərbi qərarlara görə mülki əhalinin kollektiv şəkildə cəzalandırılmasına yol verən bəyanatlardan dərindən narahatdır və Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün təcili diplomatik səylərə çağırır.

AFN.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Baş katib mülki əhalinin və ya bütöv sivilizasiyaların siyasi və hərbi qərarların nəticələrinə qatlaşmalı olduğunu ehtimal edən bəyanatlardan dərindən narahatdır. Cəmiyyətin infrastrukturunun tamamilə məhv edilməsinə və ya mülki əhaliyə qəsdən əzab verilməsinə bəraət qazandıra biləcək heç bir hərbi məqsəd mövcud deyil", — deyə Düjarrik bildirib.

BMT Baş katibi həmçinin Hörmüz boğazında gəmilərin hərəkət azadlığının bərpasına çağıraraq qeyd edib ki, bu mühüm su yolu bağlandıqda, dünyanın ən yoxsul və ən həssas insanları ciddi çətinliklərlə üzləşir.

Vəziyyətin gərginliyini nəzərə alaraq, Quterreşin şəxsi elçisi Jan Arno diplomatik səyləri dəstəkləmək məqsədilə regiona yola düşür.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp sazişin bağlanması ilə bağlı irəli sürülən ultimatumun müddəti başa çatdıqdan sonra, çərşənbə axşamı axşam saatlarında İranın bir sivilizasiya kimi məhv ola biləcəyini bəyan edib.

Chosen
32
afn.az

1Sources