EN

Bütün İran ərazisinə intensiv hava zərbələri endirilir

İranın cənub-qərbindəki Mahşəhr şəhərində yerləşən neft-kimya zavodu havadan zərbəyə məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Təfərrüat açıqlanmır, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Bununla yanaşı, "PressTV" telekanalı İsrail və ABŞ-nin ölkənin mərkəzi hissəsində yerləşən Ərak şəhərindəki alüminium zavoduna zərbə endirdiyi barədə məlumat yayıb, lakin əlavə məlumat təqdim etməyib.

Hazırda bütün İran ərazisində genişmiqyaslı hava hücumlarının həyata keçirildiyi qeyd edilir./Oxu.az


Telegram kanalımız
Chosen
74
2
yenisabah.az

3Sources