EN

Fransa XİN-dən Trampa sərt ittiham: "Bu hərəkətlər qanunsuzdur"

Fransanın xarici işlər naziri Jan-Noel Barro mülki infrastruktura zərbələr endirilməsinin beynəlxalq hüquq və "müharibə qanunları"na əsasən qəti şəkildə qadağan olunduğunu bildirib.

Musavat.com xəbər verir ki, nazir vurğulayıb ki, bu cür addımlar regionu və qlobal iqtisadiyyatı geri dönüşü olmayan bir qısır dövrəyə sürükləyəcək, eyni zamanda yeni gərginlik və qisas dalğasına yol açacaq.

Jan-Noel Barro bu vəziyyətin ciddi narahatlıq doğurduğunu və Fransanın milli maraqlarına son dərəcə zərərli olduğunu qeyd edib. O, beynəlxalq normaların pozulmasının dünya düzəni üçün təhlükəli nəticələr verəcəyi barədə xəbərdarlıq edib.

Toğrul İsmayıl,
Musavat.com

Chosen
32
12
musavat.com

10Sources