EN

Apreldə etməsəniz, gec olacaq

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bir çox bağban əkin işləri üçün may ayını gözləsə də, bəzi bitkilər üçün məhz aprel ən uyğun vaxt sayılır. Təcrübəli bağbanlar bildirirlər ki, soyuğa davamlı bitkiləri vaxtında əkmədikdə məhsuldarlıq aşağı düşür, dad keyfiyyəti isə pisləşir.Demokrat.az apreldə mütləq əkilməli olan məhsulların siyahısını təqdim edir:Şüyüd, ispanaq, rukkola, kahı, keşniş və cəfəri sərin havanı sevir. Məhz aprel əkinində bu bitkilər daha zərif, şirəli və ətirli olur.Yerkökü, çuğundur, turp və pasternaq yalnız apreldə səpilməlidir. Bu tərəvəzlər inkişafa sərin torpaqda başlamalıdır. Əgər onlar isti havada əkilərsə, tez cücərsələr də, meyvələri bərk, acı və lifli olur. Məsələn, apreldə əkilən yerkökü daha şirin və xırçıltılı olur, turp isə istidə qaldıqda tez toxuma qaçır.Noxud və digər paxlalı bitkilər cücərmə dövründə sərinliyi sevir. Aprel ayında əkilən paxlalıların kök sistemi daha güclü inkişaf edir, kollar isə dözümlü olur.Ağbaş kələm, gül kələm, brokoli və kolrabi sərin havada baş bağlayır. İsti havalarda əkilən kələm ya baş bağlamır, ya da formalaşan məhsul boş və keyfiyyətsiz olur.Az tanınsa da, bu bitki olduqca dözümlüdür. Manqold həm soyuğa, həm də istiyə davam gətirir. Yarpaqları kəsildikcə yeniləri çıxır və bütün mövsüm boyu — maydan oktyabradək bir ləkdən məhsul götürmək mümkündür.Beləliklə, bol məhsul əldə etmək üçün göyərti, yerkökü, çuğundur, turp və noxudu torpağa basdırmağa, kələm şitillərini isə yerləşdirməyə tələsin.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
demokrat.az

1Sources