Bakı, 8 aprel, AZƏRTAC
ABŞ İsrailə İranla danışıqlar zamanı iki ölkənin ortaq məqsədlərinə sadiq qalacağına dair zəmanət verib.
AZƏRTAC “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlamasında bildirib.
“Amerika Birləşmiş Ştatları İsraili qarşıdakı danışıqlarda ABŞ, İsrail və regional müttəfiqlərinin ortaq məqsədlərinə çatmaq öhdəliyinə sadiq qalacağına əmin edib”, - deyə Baş nazir qeyd edib.
Eyni zamanda, İsrailin ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumları dayandırmaq qərarını dəstəklədiyi vurğulanıb.