ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsə razılıq verdiyini açıqladı.
O, bu qərarın Pakistanın Baş naziri Şehbaz Şərif və feldmarşal Asim Munirlə danışıqlardan sonra verildiyini bildirib.
Publika.az xəbər verir ki, prosesə son anda Çin müdaxilə edib və İranı iki həftəlik atəşkəsə razı salıb. “The New York Times” qəzetinin məlumatına görə, Çin İslam Respublikasını çeviklik göstərməyə və gərginliyi azaltmağa çağırıb.
İsrail İranla atəşkəs razılaşmasına qoşulub. ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinin sözlərinə görə, İsrail hakimiyyəti danışıqlar müddətində İslam Respublikasına qarşı bombardmanı dayandırmağa razılaşıb.