Londonun ICE birjasında ticarətin əvvəlində “Brent” markalı neftin fyuçersləri kəskin şəkildə aşağı düşüb.
Publika.az xəbər verir ki, yeni ticarət məlumatlarına görə, “qara qızıl”ın qiyməti 11 mart 2026-cı ildən bəri ilk dəfə 15% ucuzlaşaraq psixoloji cəhətdən əhəmiyyətli bir barel üçün 92 dollar həddinə düşüb.
Səhərə qədər azalma artıq 15,35%-ə çatıb və “Brent” markalı neftin qiyməti 91,16 dollar/barel təşkil edib.
Digər əsas etalon olan Amerika WTI nefti də ucuzlaşıb. Onun 2026-cı ilin may ayı üçün fyuçersləri 16,33% azalaraq bir barel üçün 94,50 dollara düşüb.