Bakı.Trend:
Qobustanda azyaşlı gölməçədə boğularaq ölüb.
Trend-inməlumatına görə, hadisə aprelin 7-də Qobustan rayonu ərazisində başverib.
Belə ki, rayonun qış otlaq sahəsində yaşayan 2017-ci iltəvəllüdlü Heybət Heybıtli otlaq sahəsinin yaxınlığında təbiişəkildə yaranmış gölməçəyə ehtiyatsızlıqdan yıxılıb.
Nəticədə azyaşlı suda boğularaq həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.