Qobustanda azyaşlı gölməçədə boğularaq ölüb.
KONKRET.az xəbər verir ki, hadisə aprelin 7-də Qobustan rayonu ərazisində baş verib.
Belə ki, rayonun qış otlaq sahəsində yaşayan 2017-ci il təvəllüdlü Heybət Heybətli otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə ehtiyatsızlıqdan yıxılıb.
Nəticədə azyaşlı suda boğularaq həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.