EN

İranın bərpası üçün xüsusi investisiya fondu yaradılır

İranın

ABŞ və İsrail ilə münaqişə zamanı İrana dəymiş ziyan yeni yaradılan xüsusi investisiya fondu tərəfindən ödəniləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi Tehranın təqdim etdiyi atəşkəs şərtlərinin tam mətni ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

"Atəşkəsin yekun çərçivələrini müəyyən edən planın məzmununa aşağıdakı bəndlər daxildir: ... milli investisiya fondunun yaradılması ilə zərərin ödənilməsi", — deyə məlumatda bildirilir.

Hələlik bu fondun strukturu və idarəetmə formaları barədə məlumat yoxdur.

Agentliyin məlumatına görə, İran gələcəkdə gəmilərin Hörmüz boğazından keçidi üçün rüsum almaq niyyətindədir və bu vergilərin bir hissəsi münaqişə zamanı dağılmış obyektlərin bərpası proqramlarına yönəldiləcək.

Məryəm Quliyeva

Chosen
3
1
xalqcebhesi.az

2Sources