EN

Atəşkəs xəbərindən sonra Bitkoin 5% yüksəldi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının yenidən açılması şərtilə İran ilə iki həftəlik atəşkəs elan etməsi kriptovalyuta bazarlarında da müsbət dinamika yaradıb.

Banco.az xəbər verir ki, bu qərar qlobal bazarlarda risk qavrayışını zəiflədərək investor inamını artırıb. Nəticədə alternativ aktivlərə, xüsusilə kriptovalyutalara maraq yüksəlib.

Ən böyük kriptovalyuta olan Bitkoin xəbərin ardından təxminən 5% bahalaşaraq 72.100 dollar ətrafında ticarət olunub.

Bazarın ikinci ən iri aktivi olan Ethereum isə daha güclü artım nümayiş etdirərək 5,75% yüksəlib və 2236,07 dollar səviyyəsinə çatıb.

Analitiklər bildirir ki, geosiyasi gərginliyin azalması investorların risk iştahını artırır və bu da kriptovalyuta kimi daha volatilliyi yüksək olan aktivlərə kapital axınını gücləndirir. Bu tendensiya xüsusilə qlobal bazarlarda qeyri-müəyyənliyin azaldığı dövrlərdə daha aydın müşahidə olunur.

Chosen
19
1
banco.az

2Sources