EN

Aqrar sığorta yeni məhsulları sığortalayacaq: subasma zərərləri üzrə ödənişlər artacaq

Bakı. Trend:

Gələcəkdə aqrar sığorta vasitəsilə daha bir sıra məhsullarısığortalamaq mümkün olacaq.

Bunu Trend-əaçıqlamasında Aqrar Sığorta Fondunun (ASF) idarə heyətinin sədrmüavini Ləman Alıyeva-Məmişova deyib.

O bildirib ki, hazırda fond tərəfindən həm bitkiçilik, həmheyvandarlıq, eləcə də balıqçılıq məhsullarının sığortalanmasıhəyata keçirilir ki, bitkiçilik üzrə 41 növ bitkinin, hansı ki,bunun içərisinə həm taxıllar, həm çəyirdəklilər, həm texnikibitkilər, həm qərzəklilər, yəni çox geniş sayda bitkilərinsığortalanması nəzərdə tutulub: “Heyvanlar üzrə isə iri və xırdabuynuzlu heyvanların ətlik və südlük istiqamətdə olmaqlasığortalanması təmin edilir. Gələcək planların içərisində, eləcə dəqanunvericilik təşəbbüslərini nəzərə alsaq, quşçuluq, arıçılıqtəsərrüfatlarının sığortalanması nəzərdə tutulur, bununla bağlıartıq qanunvericilikdə də təşəbbüslə çıxış edilmişdir. Əlavə olaraq9 növ yeni bitkinin siyahıya əlavə edilməsi gözlənilir. Burayafeyxoa, kivi, bibər, badımcan və sair bitkilər aiddir. Gələcəkdəmüvafiq qaydalar qəbul ediləndən sonra bu bitkilərin dəsığortalanması nəzərdə tutulur”.

Sədr müavini eyni zamanda sel-subasma hadisələri ilə əlaqədarsığorta hadisələrindən də danışıb. Onun sözlərinə görə, sel-subasmahadisəsi nəticəsində təkcə bayram günlərində, martın 20-dən bu günəqədər 3 min hektara yaxın əkin ərazisinə zərər dəyməsi ilə bağlıfonda müraciət daxil olub: “Sığorta müqaviləsi üzrə müraciətlərinsayı təxminən 300-ə yaxındır. Müraciətlərin böyük hissəsisel-subasma hadisələri ilə əlaqədardır. Bu onu göstərir ki, bu ilbizim sığorta hadisələri üzrə ödənişlərimiz əsasən sel-subasmariskindən olacaqdır”.

Sədr müavini Aqrar Sığorta Fonduna bölgələr üzrə ən çox daxilolan müraciətlərdən də bəhs edib: “Son günlər bizə olanmüraciətlərin dinamikasına əsasən deyə bilərik ki, bu qeyri-sabithava şəraiti, təbii ki, kənd təsərrüfatından yan keçməyib və ciddiziyanlar vurub.

Quba-Xaçmaz, Qarabağ, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadiregionlarından daha çox müraciətlər daxil olub. Belə hadisələrin ənçox baş verdiyi ərazi kimi, xüsusilə Şabran və Xaçmaz rayonlarınıqeyd edə bilərik. Subasma hadisələri təkcə əkin sahələrinə, yəniarpa və buğda sahələrinə deyil, meyvə bağlarına da - gilas, heyva,armud, badam və sair bağlara da zərər vurub, bununla bağlıfermerlərdən bizə müraciət daxil olmuşdur. Hətta fermerlərinverdiyi məlumata görə, bəzi ərazilərdə əkin sahəsində suyunhündürlüyü 60 santimetrə qədər çatmışdır”.

Ləman Alıyeva-Məmişova eyni zamanda bu hadisələr üzrə fermerlərədəyən zərərə görə ödənişlərin veriləcəyi tarixi də açıqlayıb: “İlkolaraq sığortalı fermerlərimizə səslənmək istəyirəm ki, hadisə başverdikdən dərhal sonra – 10 gündən gec olmayaraq həm Aqrar SığortaFondunun 1651 Çağrı Mərkəzinə, həm də aidiyyəti dövlət qurumlarınamüraciət etsinlər. İkinci bir məqam, ödənişlə bağlı bildirməkistəyirik ki, əgər 100% məhvolma hadisəsi baş verməyibsə, sığortaödənişləri bir qayda olaraq, qanunvericiliyin tələblərinə əsasən,yığım-biçim dövrlərində həyata keçirilir. Bunun səbəbi onunlaəlaqədardır ki, bu dövrdə təbiət hadisələri yenidən baş verə, yənifermerə dəyən zərər dəyişə bilər. Buna görə də ədalətli olsun deyəsığorta ödənişlərinin yığım-biçim dövründə ödənilməsi dahaməqsədəuyğun hesab olunur. Amma əgər hadisə nəticəsində məhsuldatam məhvolma qeydə alınıbsa, sığorta ödənişi daha tez həyatakeçirilir".

O vurğulayıb ki, son 3 ildə Aqrar Sığorta Fondu tərəfindənsel-subasma hadisələri üzrə fermerlərə ümumilikdə 4,5 milyon manatsığorta ödənişi edilib: “Təkcə ötən 2025-ci ilin dinamikasınabaxsaq, baş verən hadisələrin ikinci ən çox hissəsini sel-subasmahalları təşkil edir ki, birinci yerdə isə ödənişlərin həcminə görə,təbii ki, dolu hadisəsidir.

2025-ci ildə 3300 hektar əkin sahəsində sel-subasma hadisəsinəgörə 1 milyon 227 min manat sığorta ödənişi edilib. 2023-cü ildə7716 hektar əraziyə dəymiş zərər üzrə 1,6 milyon manat, 2024-cüildə isə 6 697 hektar əkin sahəsinə dəymiş zərər üzrə 1,7 milyonmanat ödəniş edilib. Yəni subasma hadisələri kifayət qədər tez-tezbaş verir və bunu son günlər də müşahidə edirik”.

Məqalədə:
Chosen
30
4
az.trend.az

5Sources