Aprelin 7-də Qobustanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Cebheinfo.az" xəbər verir ki, rayon ərazisində yerləşən qış otlaq sahəsində yaşayan 2017-ci il təvəllüdlü Heybət Heybətli təbii şəkildə yaranmış gölməçəyə yıxılıb.
Ehtiyatsızlıqdan suya düşən oğlan orada boğularaq ölüb.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"