AZ

9 yaşlı oğlan gölməçəyə düşüb öldü

Aprelin 7-də Qobustanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Cebheinfo.az" xəbər verir ki, rayon ərazisində yerləşən qış otlaq sahəsində yaşayan 2017-ci il təvəllüdlü Heybət Heybətli təbii şəkildə yaranmış gölməçəyə yıxılıb.

Ehtiyatsızlıqdan suya düşən oğlan orada boğularaq ölüb.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr