EN

Antonio Quterreş ABŞ ilə İran arasında atəşkəsi alqışladı

BAKI, 8 aprel. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ABŞ və İran arasında əldə edilmiş atəşkəs razılaşmasını müsbət qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Baş katib Yaxın Şərqdəki münaqişə tərəflərini beynəlxalq hüquq normalarına riayət etməyə və regionda dayanıqlı sülhün bərqərar olması üçün şərtlərə əməl etməyə çağırıb. O vurğulayıb ki, hərbi əməliyyatların dayandırılması mülki əhalinin təhlükəsizliyi və humanitar böhranın azaldılması baxımından həyati əhəmiyyət kəsb edir.

A.Quterreş bu razılaşmanın əldə olunmasında Pakistanın və digər vasitəçi dövlətlərin göstərdiyi səyləri yüksək dəyərləndirib.

Chosen
18
teleqraf.com

1Sources