EN

“Real” – “Bavariya” matçının STATİSTİKALARI

Ötən gecə Çempionlar Liqasında tarixi matç keçirildi.

Hit.az xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” Almaniyanın ən güclüsü “Bavariya” ilə qarşılaşdı.

Madrid təmsilçisi öz meydanında favorit olaraq çıxdığı matçda 2-1 hesabı ilə məğlub oldu. Başdan sonuna qədər nəfəs kəsən matçda bir çox ilk yaşandı. Belə ki, “Bayern” 14 il sonra ilk dəfə rəsmi bir matçda “Real”ı məğlub etdi. Həmçinin, bu, alman təmsilçisinin 25 il sonra Madriddəki ilk qələbəsi kimi də tarixə düşdü. 

Bundan əlavə matçda, bir çox statistika da diqqət çəkdi. Hər iki komanda 90 dəqiqə ərzində qapıya 20 zərbə endirdi. Toplamda 40 zərbənin endirilməsi oyunun necə maraqlı keçdiyinin sübutudur. “Real” qapıçısı Lunin 5, “Bavariya”da isə Noyer 9 qurtarışla matça damğa vurdu. 40 yaşlı Noyer “matçın adamı” seçildi.

İspanlar 4, almanlar isə 3 böyük şansdan yararlana bilmədilər. “Bavariya” futbolçuları 493, “Kral klubu” oyunçuları isə 454 dəqiq pas ötürməsi etdilər. Oyunda1 dəfə “Real”, 4 dəfə isə “Bavariya” futbolçuları sarı vərəqə aldı. Qırmızı kartın çıxmadığı matçda penalti də təyin olunmadı. Toplama oynamada isə qonaqlar 52 faizlə öndə oldular.

Elmir Mustafa

 
 

Chosen
29
hit.az

1Sources