EN

Həmin restoranın fəaliyyəti dayandırıldı

Şirvan şəhərində beş nəfərin zəhərlənməsi (bir nəfər isə mədə-bağırsaq pozğunluğu səbəbi ilə xəstəxanaya müraciət edib - red.) barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Açıqlamada qeyd olunub ki, araşdırmalar nəticəsində hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib:

"Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir".


Telegram kanalımız
Chosen
18
1
yenisabah.az

6Sources