EN

Prokurorluq həmin zəhərlənmə faktını araşdırır

Yazını böyüt
Yazını kiçilt

Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq məlumat verilib.

Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Chosen
3
14
hafta.az

10Sources