EN

Şirkət nümayəndəsi: Ötən yarmarkada mühəndis vakansiyası üzrə iki nəfər işə qəbul olunub VİDEO

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Biz artıq ikinci dəfədir əmək yarmarkasında iştirak edirik. Əmək yarmarkalarında iştirakımızın səbəbi şirkətimizi tanıtmaq və mövcud vakansiyaları təqdim etməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında “Texno Global" MMC-nin satış rəhbəri Mikayıl Heybətli deyib. O bildirib ki, şirkət anbar tikintisi, metalkonstruksiya, beton-qəlib, əsaslı təmir və tikinti işləri ilə məşğul olur: “Hazırda sahə rəisi üzrə bir vakansiya, mühəndis üzrə bir vakansiya, bənna vəzifəsi üzrə üç vakansiyamız mövcuddur. Sahə rəisi üzrə vakansiyada müəyyən qədər təcrübə tələb olunur. Həmçinin tikinti, metalkonstruksiya, beton işləri ilə bağlı da müəyyən təcrübələr olmalıdır”.

“Ötən yarmarkada üç mühəndis vakansiyamız var idi. Həmin yarmarkadan bir ay keçib və artıq iki mühəndis şirkətimizdə işə qəbul olunub”, - deyə şirkətin nümayəndəsi əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
2
azertag.az

3Sources