EN

Azərbaycan Lüksemburqdan makaron idxalını bərpa edib

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar ayında Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 1 min 645 ton makaron məmulatları (kuskusdan başqa) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 34 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çox) 1 min 192 ton (+50 %), Rusiyadan 848 min ABŞ dolları dəyərində (+97 %) 373 ton (+12 %), Ukraynadan 78 min ABŞ dolları dəyərində (-48 %) 34 ton (-51 %), Özbəkistandan 53 min ABŞ dolları dəyərində 22,4 ton (1 il əvvəl tədarük olmayıb), Qazaxıstandan 23 min ABŞ dolları dəyərində 5,6 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Lüksemburqdan (0,12 min ABŞ dolları dəyərində 0,02 ton) makaron tədarükünü bərpa edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
3
cebheinfo.az

4Sources